"Kəpəz" üçün 4-cü uğursuz start

Misli Premyer Liqasının ilk 4 turu “Kəpəz”in xalsız qalması ilə əlamətdar olub.

Presssport.az  PFL-ə istinadən xəbər verir ki, Gəncə klubu “Sumqayıt” (0:3), “Karvan-Yevlax” (2:3) və “Zirə”nin (0:5) ardınca “Araz-Naxçıvan”a da uduzub – 0:2. Qərb təmsilçisi ardıcıl ikinci mövsümdə startdakı 4 turda xal qazana bilmir.

Ümumilikdə isə “Kəpəz” tarixində 4-cü dəfə belə halla üzləşib. 2012/13 və 2022/23 mövsümlərində də gəncəlilər uğursuz startla üzləşib. Ümumilikdə isə bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, tarixdə 28-ci dəfə bir komanda ilk 4 görüşdə məğlub olub. “Kəpəz” 4, “Bakı”, “Bakılı”, MOİK və “Şəfa” hərəyə 2, digər 16 komanda 1 dəfə belə duruma düşüb.

“Şirvan” (Kürdəmir), AZAL, “Ədliyyə”, “Gənclərbirliyi”, “Xəzər” (Sumqayıt), “Qarabağ”, “Qəbələ”, “Lokomotiv”, “Neftqaz”, “Pambıqçı” (Neftçala), “Şahdağ” (Quba), “Şahdağ” (Qusar), “Rəvan”, “Şamaxı”, “Şəmkir” və “Turan” 1 dəfə belə start yaşayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC