Ayxan "Turan Tovuz"la 100-ə çatdı

Ayxan Hüseynov Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, “Turan Tovuz”un 26 yaşlı yarımmüdafiəçinin yubileyi IV tura təsadüf edib. O, “Qəbələ” ilə ev matçının (1:0) gedişində meydana daxil olub. Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb.

Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/23 mövsümündə debüt edib. 

Onu da bildirək ki, Ayxan Azərbaycan çempionatlarında 100 və daha çox oyun keçirən 442-ci futbolçudu. Onun eyni klubda 100-ə çatması isə 206-cı belə yubileydi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC