"Şamaxı" üçün ilk böyükhesablı qələbə

"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 56-cı böyükhesablı qələbəsini qazanıb.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası Misli Premyer Liqasının IV turunda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixinə indiki ad altında Premyer Liqadakı ilk böyükhesablı qələbə kimi düşüb. Komanda sonuncu dəfə “Keşlə” adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib.

2022-ci il martın 12-də səfərdə “Səbail”ə 3 cavabsız qol vuran komanda, təxminən bir ay sonra Şamaxıya köçüb. 

Xatırladaq ki, klub əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşıyıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC