Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədi.
Presssport.az xəbər verir ki, drenaj və suvarma sistemi quraşdırılan meydançaya toxum əkilib. Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb.
Təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Turan Tovuz” cari mövsümdə ev oyunlarını paytaxtda - "Azərsun Arena"da keçirir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC