"Canım "Qarabağ"ım, kimə uduzdunuz ki, "Benfika"ya da uduzasınız? - türkiyəli şərhçi

Türkiyəli futbol şərhçisi Ertem Şener “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”ya qalib gəlməsindən danışıb.

Presssport.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edərək çempionumuzu Türkiyə klublarına nümunə olaraq göstərib: “Qarabağ"ın qanında məğlub olmamaq var. Canım "Qarabağ"ım, kimə uduzdunuz ki, "Benfika"ya da uduzasınız? Avropanın bir ucundan "Qarabağ" olan yerə qədər baxın. Çox böyüksən, "Qarabağ"! 0:2-dən 3:2-yə! "Qarabağ" tarix yazdı. "Fənərbağça”, “Qalatasaray” rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin. “Qarabağ” rəhbərliyindən transferi necə etdiklərini soruşun. İnsanlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. “Portimonense”dən “Qarabağ”a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır…”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC