Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün Azərbaycan Kubokunda 2025/26-cı illər mövsümünün püşkatma mərasimi keçirilib. Presssport.az xəbər verir ki, “Holiday INN” otelində baş tutan tədbirdə PFL-in prezidenti Elxan Səmədov, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak etdil. 

Püşkün atılmasında xüsusi qonaq olaraq şahmat üzrə gənclər arasında dəfələrlə Azərbaycan, Avropa və dünya çempionu olmuş Aydın Süleymanlı da iştirak edib. 

Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq. 

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları 8-9 oktyabr tarixində baş tutacaq. kubokun son finalçıları olan, “Qarabağ” və “Sabah” yarışa 1/8 final mərhələsindən başlayacaq

Onu da bildirək ki, urnirdə 2025/26 mövsümündə 34 komanda iştirak edəcək. Bunlar Misli Premyer Liqası, I və II Liqa təmsilçiləridir.

Azərbaycan Kubokunun final matçı mayın 13-də "Neftçi Arena"da təşkil olunacaq.

Azərbaycan kuboku

1-ci təsnifat mərhələsi

1. “Göygöl” – “Şəmkir”

2. “Sheki City” – “Araz Saatlı”

3. “Qaradağ Lökbatan” – “Ağdaş”

4. “Dinamo” – “Kür-Araz”

5. “Ağstafa Gəncləri” – “Şirvan”

6. “Quba” – “Xankəndi”

2-ci təsnifat mərhələsi

7. “Səbail” – “Şamaxı”

8. 1-ci cütün qalibi – “Baku Sportinq”

9. “Karvan-Yevlax” – 2-ci cütün qalibi

10. 3-cü cütün qalibi – “İmişli”

11. “Qəbələ” – “Mingəçevir”

12. “Cəbrayıl” – “Şəfa”

13. “Şimal” – “Şahdağ Qusar”

14. 4-cü cütün qalibi – “Turan Tovuz”

15. “Kəpəz” – 5-ci cütün qalibi

16. 6-cı cütün qalibi – “Difai”

17. “Zaqatala” – “Sumqayıt”

18. “Neftçi” - MOİK

1/8 final

19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

20. “Qarabağ” – 9-cu cütün qalibi

21. 10-cu cütün qalibi – “Sabah”

22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

24. “Araz-Naxçıvan” – 15-ci cütün qalibi

25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

26. “Zirə” – 18-ci cütün qalibi

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC