PFL prezidentindən də "Qarabağ"a təbrik gəldi

PFL prezidenti Elxan Səmədov “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

Presssport.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edərək, Ağdam təmsilçisinin uğuru haqda bunları yazıb:  “Qarabağ”ı növbəti tarixi nəticə münasibətilə təbrik edirəm. Bu dəfə qələbə Avropanın ali klub turnirində - Çempionlar Liqasında gəldi. Təsnifat mərhələsində də rəqiblərinə şans verməyən “Qarabağ” qitənin adlı-sanlı “Benfika” klubunu da məğlub edərək Liqa mərhələsinə də böyük zəfərlə başladı. 

Bu qələbədə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirir, onların simasında sevincimizi bölüşməkdən sonsuz məmnunluq duyduğumu  vurğulamaq istəyirəm. 

Təşəkkürlər, “Qarabağ”!".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC