Çempionlar Liqası Liqa mərhələsinin I turunda "Benfika"nı məğlub edən "Qarabağ" "Barselona"nın nailiyyətini təkrarlayıb.
Presssport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.
Lissabon təmsilçisi Çempionlar Liqasında 2-ci dəfə hesabda 2 top fərqi ilə üstün olduğu oyunda uduzub. "Benfika" ötən mövsüm 4:2 hesabı ilə öndə olduğu matçda "Barselona"ya məğlub olmuşdu (4:5).
Xatırladaq ki, Portuqaliya klubu ötən gün "Qarabağ"la qarşılaşmanın 16-cı dəqiqəsində 2:0 öndə idi. "Qarabağ" daha sonra 3 qol vuraraq rəqibinə qalib gəlib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC