"Turan Tovuz"un tarixində ilk imza atan futbolçuya xatirə hədiyyəsi təqdim olunub

Premyer Liqada 100-cü oyununu keçirən Ayxan Hüseynova xatirə hədiyəsi təqdim olunub.

Presssport.az xəbər verir ki, yubilyara “100 nömrə”li formanı klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçi Kurban Berdıyev təqdim edib. 

Bu yerdə bildirək ki, 26 yaşlı yarımmüdafiəçisinin yubileyi IV tura təsadüf edib. O, “Qəbələ” ilə matçın gedişində meydana daxil olub.

Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/23 mövsümündə debüt edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC