I Liqa klubu üçün yeni tərəfdaşlıq müqaviləsi

Bu gün Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Şahdağ Qusar” futbol klubu və “İSFA” arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Presssport.az  xəbər verir ki, Ibis Hoteldə baş tutan mərasimdə tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev və “İSFA” şirkətinin direktoru Samir Xeyirbəyov imzalayıb. 

Müqaviləyə əsasən, klubun oyun, məşq və nümayiş dəstlərinin arxa hissəsində tərəfdaşın loqosu yerləşdiriləcək.

Onu da bildirək ki, İSFA MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC