15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən ikinci yoxlama oyunundan (3:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, Nəbiyev U-15 millisindəki futbolçuların potensiallarının böyük olduğunu deyib: "Bu kollektiv ilk dəfə təlim-məşq toplanışına yığışmışdı. Rəqib isə 7-ci dəfə idi bir araya gəlirdi. Hər 2 oyun üstünlüyümüz şəraitində keçdi. Düzgün təhlillər və çalışmalar nəticəsində ikinci matçda qələbə qazandıq.
Uşaqları tanımaq üçün zaman lazımdı. Potensiallı oyunçulardır, ancaq fiziki durumla bağlı ciddi problemləri var idi. Millidə isə bunun üzərində çox çalışmaq imkanımız olmur. Çünki cəmi üç məşqdən sonra oyuna çıxmışdıq. Sırf taktiki tapşırıqlara üstünlük veririk. Komandamız gələcəyə ümid verir. Hazırlıqların, beynəlxalq oyunların sayı nə qədər çox olsa, istər bu kollektivlə, istərsə də U-16 və U-17 millimizlə daha böyük işlər görmək olar”.
Xatırladaq ki, millimiz Monteneqro ilə ilk oyunda 0:0 hesablı heç-heçə edib, 2-ci görüşdə 3:1 hesablı qələbə qazanıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC