Rafael Utziq: "Zirə"yə gəlməkdə məqsədim Rəşad Sadıqova kömək etməkdi"

“Zirə”nin yeni transferi Rafael Utziq Presssport.az saytına müsahibə verib. 27 yaşlı braziliyalı hücumçu uğursuz alınan Cənubi Koreya karyerası, Azərbaycana qayıdışının səbəbləri, yeni baş məşqçisi Rəşad Sadıqov haqda maraqlı fikirlər səsləndirib. - “Zirə”yə keçidin necə alındı? - Öncə onu deyim ki, Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. “Zirə”nin gələcək planları barədə mənə məlumat veriləndə eşitdiklərimdən razı qaldım və bu keçidə razılıq verdim. - Azərbaycandan başqa təkliflər var idi? - “Qəbələ” ilə ötən mövsüm Azərbaycan Kubokunu qazandıqdan sonra təkliflər var idi. Lakin karyeramı başqa ölkədə davam etdirmək istəyirdim. Buna görə də Cənubi Koreyaya yollandım. İndisə “Zirə”dən gələn təklifi qəbul etdim və burda olduğum üçün məmnunam. - Cənubi Koreyadakı karyeranızın elə də uğurlu alınmadığını nəzərə alsaq, Azərbaycanda qalmadığın üçün peşman deyilsən? - Cənubi Koreyadakı futbolla Azərbaycandakı futbol fərqlidi. Burda daha çox topla oynamağa üstünlük verilir. Koreyada isə fiziki futbol ön plandadı. Bəli, ordakı çıxışım istədiyim kimi alınmadı. Hər bir futboçu daha çox oynamaq, daha çox şans qazanmaq istəyir. Koreyada az şans qazandığım üçün məmnun deyildim. Buna görə də ayrılmaq qərarına gəldim. - “Qəbələ”də komanda yoldaşın olmuş həmyerlin Ruan Renato yaydan “Zirə”də forma geyir. Bura gəlməmişdən öncə ondan hansısa məsləhət aldın? - “Qəbələ”də oynayanda təkcə Ruan deyil, Azərbaycanda çıxış edən bir çox braziliyalılarla münasibətimiz yaranmışdı. Burdan ayrılsam da, əlaqələrimiz davam edirdi. Ruan olmasın, olsun Riçard Almeyda, hansı ki o da “Zirə”də daha əvvəl forma geyib. Onlarla tez-tez əlaqə saxlayırdım. Həmişə həmyerlilərim “Zirə” haqda müsbət fikirlər səsləndiriblər. Bəli, təklifi qəbul etməyimdə onların da rolu olub. - “Zirə”dəki hədəfləri nədən ibarətdir? - Təbii ki, ilk növbədə hər bir futbolçu üçün komandasının hədəfləri öndə gəlir. Daha sonra fərdi hədəflər gəlir. Mövqeyimi nəzərə alsaq, qollar vurub, məhsuldar ötürmələrlə komandamın uğur qazanması üçün əlimdən gələni edəcəm. - Təklifi qəbul etməyində “Zirə”nin turnir cədvəlindəki hazırkı mövqeyi - 2-ci pillədə olması nə dərəcədə rol oynadı? - “Zirə”nin təklifi mənim üçün maraqlı idi. Komandanın turnir cədvəlində yüksək pillədə olması keçidimdə elə də rol oynamadı. Onsuz da bilirəm ki, “Zirə”də həmişə keyfiyyətli futbolçular çıxış edib. Bu gün də komandada yaxşı oyunçular var. Bütün bu amilləri nəzərə alaraq bura gəldim. - Baş məşqçi Rəşad Sadıqov haqda ilkin təəssüratların necədir? - Müxtəlif futbolçulardan Rəşad Sadıqovun özü, işi haqda müsbət fikirlər eşitmişəm. Bura gəlməkdə məqsədim ona kömək etməkdi. Sadıqovla birlikdə çalışacağım üçün çox məmnunam. - Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk da Cənubi Koreyada çıxış edir. Maraqlıdı, onunla orsa rastlaşmısan? - Xeyr, xatırlamıram. - Sabiq klubun “Qəbələ”nin hazırda çempionatın son pilləsində olmasını necə şərh edərdin? - Komandanın bu vəziyyətdə olması məni məyus edir. Çünki “Qəbələ” ilə bağlı xoş xatirələrim var. Ötən il Kuboka sahib çıxdıq, 2 dəfə avrokuboklara vəsiqə qazandıq. Ordan ayrılsam da, klub prezidenti, idarəçilərlə, oyunçularla bu gün də yaxşı münasibətim var. Amma indiki məqamda yalnız “Zirə”dəki işimə fokuslanmışam. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC