"Bu, "Qarabağ" üçün yeni eradı, onlar Azərbaycan futbolunun tarixidi" - ABŞ-da yaşayan alban

"Qarabağ" "Benfika"ya qalib gəlib. Nə deyə bilərəm? "Qarabağ" üçün tarixi nailiyyətdir. Onlar bir pillə irəliyə addım atdı. Bu, yeni eradır. Biz də əvvəl Çempionlar Liqasında oynamışdıq. Amma orada cəmi 2 xal qazanmışdıq, qələbə əldə edə bilməmişdik. Bu isə yeni tarixdir. "Qarabağ" rəhbərliyini, azarkeşlərini, məşqçilər korpusunu, futbolçuları təbrik edirəm. Ümid edirəm ki, yeni qələbələr qazanacaqlar. Biz daha çox qələbələr görəcəyik".

Presssport.az xəbər verir ki, bunu açıqlamasında “Qarabağ”ın heyətində 10 ilə yaxın futbol oynamış ansi Aqolli deyib.

2010-2019-cu illərdə Ağdam klubunun üzvü olmuş, hazırda isə ABŞ-da yaşayan alban “Qarabağ”ın Azərbaycan futbolu üçün etdiklərindən də danışıb: "Çox söz deməyə ehtiyac yoxdur. "Qarabağ" Azərbaycan futbolunun tarixidir, tarix yazan komandadır. Onlar Azərbaycan futboluna uğur qazandırmaq üçün hər şeyi edirlər. Çox danışmağa ehtiyac yoxdur. Hər şey göz önündədir. Bu cür nailiyyətlər Azərbaycan futbolunu daha da yuxarılara aparır".

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasının ilk turunda səfərdə "Benfika"ya 3:2 qalib gəlmişdi (sportal.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC