CBS Sports telekanalında Çempionlar Liqasının ilk turunun oyunlarını şərh edən ekspertlər Tyeri Anri və Ceymi Karraqer “Qarabağ”ın Lissabonda “Benfika”ya 3:2 hesabı ilə qalib gəldiyi oyuna da toxunub.
Presssport.az xəbər verir ki, oyundan əvvəl Ağdam klubunun sürpriz edəcəyini proqnozlaşdıran fransalı dünya çempionu bunları deyib: "Bu həftə sosial şəbəkə hesablarım Azərbaycan bayraqları ilə dolu idi. Səhər yuxudan oyandım və minlərlə mesaj gəldiyini gördüm. Sadəcə, düzünü deməyə çalışmışdım. “Qarabağ” həqiqətən güclü komandadı. Həm topla, həm də topsuz çox yaxşı oynayır. Düşünürəm ki, onların əsas gücü də bununla bağlıdı”.
Karrager də “Qarabağ”ın güclü olduğunu etiraf edib: "Tyerrinin sosial media hesablarında Azərbaycan bayraqlarının çoxluğunu görəndə təəccüblənmədim desəm, yalan olar. O, artıq bütün Avropa ilə bağlı proqnozlarını paylaşır. Anrinin"Qarabağ"la bağlı dedikləri ilə razıyam, onlar həqiqətən təsiredici komandadı. İstər topla, istərsə də topsuz onların oyun keyfiyyəti var, oyun intizamını saxlayırlar. Bu da onları digər klublardan fərqləndirir”.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC