Misli Premyer Liqası: Mövsümün məhsuldarlıq rekordu

Misli Premyer Liqasının V turunda 18 qol vurulub.

Presssport.az xəbər verir ki, baş tutan 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub.

Bu, mövsümün rekordudu. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub.

Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün XXXI turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.

Xatırladaq ki, V turda “Qarabağ” “Araz-Naxçıvan”ı 5:0, “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Neftçi” “Sumqayıt”ı, “Sabah” “Turan Tovuz”u 2:0, “Zirə” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC