“Qəbələ”də mövsümün 4-cü debütü

Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün V turu çərçivəsində “Qəbələ" – “Kəpəz" oyunu meydan sahiblərini futbolçusu Ziya Şəkərxanov üçün əlamətdar olub.

Presssport.az Qəbələ klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, öz akademiyalarının 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb. Gənc yarımmüdafiəçi Qəbə şəhrə stadionundakı görüşün 81-ci dəqiqəsində Domi Massumonun yerinə meydana daxil olub. 

Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində Premyer Liqada debüt edən yerli futbolçuların sayı 4-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC