Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının 2-ci günündə bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
İdmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda 58.17 nəticə ilə 3-cü yeri tutub.
Onu da bildirək ki, Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC