III MDB Oyunlarında futbol yarışının püşkü atılıb

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında futbol yarışının püşkü atılıb.

Presssport.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan U-16 millisi A qrupunda Tacikistan və Qırğızıstan ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcək. 

Qruplarda 2-ci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcək.

A qrupu

27 sentyabr

12:00. Tacikistan - Azərbaycan

29 sentyabr

14:00. Qırğızıstan - Tacikistan

1 oktyabr

14:00. Azərbaycan - Qırğızıstan

B qrupu

27 sentyabr

14:00. Belarus - Rusiya

29 sentyabr

12:00. Belarus - Özbəkistan

1 oktyabr

12:00. Rusiya - Özbəkistan

3 oktyabr

12:00. 5-ci yer uğrunda matç

14:00. 3-cü yer uğrunda matç

4 oktyabr

14:00. Final

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC