MDB Oyunları vaxtı Gəncə və Qəbələdə azarkeşlər üçün fan zonalar qurulacaq

III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələ şəhərlərində azarkeşlər üçün fan zonalar təşkil olunacaq.

Presssport.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, Gəncədə əyləncə zonası İcra Hakimiyyəti binasının qarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq. Fan zonalar həm yerli sakinlər, həm də qonaqlar üçün idman, əyləncə və mədəni proqramlarla zəngin məkan olacaq.

Əyləncə zonalarının konseptinə səhnə, interaktiv oyun zonaları, foto zonalar, maskotlarla görüşlər, qida və içki stendləri, uşaq və incəsənət küncü, idman zonası, eləcə də DJ və musiqi proqramları daxildi.

Proqram gün ərzində müxtəlif saatlara bölünəcək. Fan zonalar səhər saatlarından gecə saatlarınadək davamlı olaraq hər kəsə bayram ab-havası yaşadacaq.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində (Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi) keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC