Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının üçüncü günündə gümüş medal qazanıb.
Bu barədə Presssport.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
İdmançı 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 24:27 nəticə ilə 2-ci yeri tutub.
Xatırladaq ki, Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzməkdə 1:01.58 nəticə ilə qızıl, 2-ci gündə isə 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda 58.17 nəticə ilə bürünc medal əldə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC