Azərbaycanın FİFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika-Moldova oyununun 4-cü hakimi olacaq.
O, həmçinin oktyabrın 11-də Norveç-Moldova, 14-də Moldova-Belarus matçlarını idarə edəcək.
Vüsal Məmmədov isə hər 3 qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Onu da bildirək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC