Azərbaycan İdman Akademiyasında yenilənən cüdo zalı istifadəyə verilib

Azərbaycan İdman Akademiyasında (AİA) əsaslı şəkildə yenilənən cüdo zalı istifadəyə verilib.

Presssport.az xəbər verir ki, zalın açılış mərasimində çıxış edən AİA-nın rektoru Fuad Hacıyev cüdoçuların peşəkar hazırlığının və sağlam həyat tərzinin təşviqinin Akademiyanın əsas prioritetləri arasında olduğunu söyləyib. Rektor göstərilən dəstəyə görə Azərbaycan Cüdo Federasiyasına (ACF) minnətdarlığını ifadə edib.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxışında üç ildir ki, AİA ilə federasiya arasında səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib. O, həmçinin bildirib ki, Böyük Britaniyanın Hertfordşir Universiteti ilə birgə cüdo sahəsində praktiki dərslərin təşkili və yeni məşqçilər üçün ixtisasartırma kurslarının keçirilməsi bu əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Daha sonra Böyük Britaniyanın Hertfordşir Universitetinin professoru Mayk Kallen çıxış edərək, AİA və ACF arasında qurulan üçtərəfli əməkdaşlığı yüksək qiymətləndirib. O, bu əməkdaşlığın cüdo biliklərinin yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq arenada da yayılmasına böyük töhfə verdiyini vurğulayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC