Aqil Nəbiyev millimizin III MDB Oyunları üçün yekun heyətini açıqlayıb - SİYAHI

Azərbaycan U-16 millisinin Qəbələdə keçiriləcək III MDB Oyunları üçün yekun heyəti açıqlanıb.

Presssport.az xəbər verir ki, U-16 millimiz A qrupunda Tacikistan (27 sentyabr) və Qırğızıstan (1 oktyabr) yığmaları ilə mübarizə aparacaq.

Yığmamızın baş məşqçisi Aqil Nəbiyev aşağıdakı 21 futbolçuyla turnirdə iştirak edəcək: 

Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Tunar Bayramov, Arda Əzizli, Mehdi Hüseyn, Əhəd Hacızadə, Yusif Orucəliyev, Əli Bəşirov, Daniil Rəcəbov ("Qarabağ"), Kamal Camalzadə, Şikar Şikar, Qafar Babayev ("Neftçi"), Rəsul Balakişiyev ("Marcet" İspaniya), Hamza Tahirov ("Qəbələ"), Raul Paşayev ("Zirə"), Cəfər Cəfərzadə, Xəzər Hüseynzadə, Firdovsi Şeydayev, Ruslan Əbilov ("Sabah")

Xatırladaq ki, III MDB Oyunlarının futbol yarışları Qəbələ şəhər stadionunda təşkil olunacaq. Turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcək. Qruplarda 2-ci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, 3-cülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC