"Qarabağ" avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edib.
Presssport.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 1-də keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyunu öncəsi tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.
Bundan sonra tribunalar belə adlandırılacaq
VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP
VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP
Biletlər bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilər.
Qiymətlərlə bağlı daha sonra ətraflı məlumat veriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC