Azərbaycanın FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Pressssport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.
Ona yan xətdə Namik Hüseynov və Rəhman İmami kömək edəcək.
Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.
Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC