FİFA DÇ-2026-nın talismanlarını təqdim etdi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı ildə tarixdə ilk dəfə üç ölkənin ev sahibliyi və 48 milli komandanın iştirakı ilə keçiriləcək dünya çempionatının maskotlarını açıqlayıb.

Presssport.az xəbər verir ki, Kanadanın simvolu olan sığır Meypl adlanır.

Yaquar Zayu Meksikanı təmsil edəcək. ABŞ-nin talismanı isə Klatç adlı ağbaşlı qartal seçilib.

Xatırladaq ki, DÇ-2026-nın final mərhələsində yığmalar hərəsində 4 komanda olmaqla 12 qrupa bölünəcək. İlk 2 yerin sahibləri, həmçinin ən yaxşı 3-cü olacaq 8 milli pley-offa vəsiqə qazanacaq. İyunun 11-də başlanacaq dördilliyin zirvə yarışı iyulun 19-da yekunlaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC