Prinsdən 17 ilin antirekordu

Misli Premyer Liqasının VI turu Prins Ovusunun erkən qırmızı vərəqəsi ilə əlamətdar olub.

Presssport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu “Qarabağ”la səfər oyununun 1-ci dəqiqəsində komandasını azlıqda qoyub.

Bununla da Prins Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün antirekorda imza atıb. Belə ki, 2008-ci ilin yayından indiyədək heç bir futbolçu belə erkən qırmızı vərəqə almamışdı.

Bunadək 17 ilin antirekordu Dedimar Fereyraya məxsus idi. “Kəpəz”in futbolçusu 2017/18 mövsümündə “fərqlənmişdi”. O, 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.

“Zirə”nin futbolçusu Milan Duriç 2017/18, “Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 2023/24 mövsümündə 9-cu dəqiqədə qırmızı vərəqə alıb. Hər 2 oyunçu “Kəpəz”ə qarşı matçda cəzalanıb.

Xatırladaq ki, “Qəbələ” səfər matçında “Qarabağ”a 0:2 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC