Kevin Medina 100-ə çatdı

Misli Premyer Liqasının VI turu Kevin Medina üçün əlamətdar olub.

Presssport.az xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı müdafiəçisi Azərbaycan çempionatında 100-cü oyununu keçirib.

Onun yubileyi “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub.

32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız “Qarabağ” formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb.

Xatırladaq ki, Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC