Praqada cüdo üzrə Açıq Avropa Turnirində Azərbaycan finalı və 4 medal

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri start götürüb.

Presssport.az xəbər verir ki, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb.

66 kq çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb. Belə ki, İslam Rəhimov qızıl, Nazir Talıbov gümüş medala yiyələnib. 

60 kq çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və Murad Muradlı 3-cü yeri tutaraq bürünc mükafata əldə edib. 

Onu da bildirək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC