Hakimlərimiz UEFA-nın proqramında iştirak edib və sertifikata sahib olub

Gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi “Center of Refereeing Excellence” (CORE) proqramında ölkəmizi AFFA Hakimlər Departamentinin rəhbəri, mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil edib

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq prosesindən sonrakı imtahanlarında iştirak edib.

Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, intensiv hazırlıq prosesindən keçib. İmtahanlarda uğurlu nəticə göstərən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.

Onu da bildirək ki, CORE proqramı Avropanın müxtəlif ölkələrindən seçilən gənc hakimlərin peşəkar inkişafına, beynəlxalq oyunlarda daha yüksək səviyyədə fəaliyyət göstərməsinə şərait yaradır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC