Zubir üçün "Qarabağ"da əlamətdar qol - "Qəbələ"dən "Qəbələ"yə

Abdullah Zubir “Qarabağ”ın heyətində 70-ci qolunu vurub.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, 34 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.

O, “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub.

Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

Maraqlıdı ki, Abdullah “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC