Azərbaycan III MDB Oyunlarında medal sıralamasında 4-cü yerdədi

Azərbaycanda III MDB Oyunlarına start verilib. 

Presssport.az xəbər verir ki, hazırda idmançılarımızın aktivində 3 bürünc, 1 gümüş medal var.

Ölkəmiz medal sıralamasında 4-cü pillədə qərarlaşıb.

Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmək) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmək), Yeqor Maynitiski (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.

Siyahıda lider Rusiyadı (9 qızıl, 2 gümüş, 2 bürünc). Belarus (1 qızıl, 4 gümüş, 3 bürünc) 2-ci, Qazaxıstan (3 gümüş, 2 bürünc) isə 3-cüdü.

İndiyə qədər 4 ölkə təmsilçiləri medal qazanıb.

Xatırladaq ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC