"Sabah"ın akademiyasına yeni əcnəbi koordinator gətirildi

“Sabah” Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyanın koordinatoru təyin edilib. 

43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb. 

UEFA-nın PRO lisenziyasına malik Minaşvili karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-17, 2022-25) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tiflis, 2012-15) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-21) akademiyasında koordinator, İngiltərənin “London Tigers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb. 

Xatırladaq ki, "Sabah"ın akademiyasının əvvəlki koordinatoru olan xorvatiyalı Adino Mustedanaqiç hazırda əvəzedici və U-19 komandasının baş məşqçisidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC