Taekvondo üzrə milli komandamızın üzvləri III MDB Oyunlarında layiqli çıxış edərək 3 qızıl, 2 gümüş, 6 bürünc medala sahib çıxıbl.
Presssport.az xəbər verir ki, taekvondoçularımızdan Ziya Həsənli (63 kq) tarixi uğura imza ataraq III MDB Oyunlarının ilk qızıl medalını ölkəmizə qazandırıb.
Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) da bütün rəqiblərini üstələyərək çempion olub.
Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) gümüş, Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq), Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi - 87 kq) və Nərgiz Kazimova (62 kq) bürünc medallara sahib çıxıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC