Millidə işləmək Ayxan Abbasov üçün böyük şərəfdi: "Qarşıdakı matçlarda layiqli oyun göstərərək, gələcək üçün ümid verməyə çalışacağıq”

Millimizin baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Presssport.az 44 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

“Azərbaycan milli komandasında işləmək hər bir məşqçi üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən etimada görə AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Milli komanda hər birimizin qürurudur. İstər bizim, istərsə də futbolçularımızın üzərində böyük məsuliyyət var. Bir komanda kimi həm meydanda, həm də ondan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bir yumruq kimi birləşərək, düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik. Azərbaycan azarkeşləri daim millinin yanında olub. Onların dəstəyi bizim üçün böyük motivasiya mənbəyidi. Qarşıdakı matçlarda layiqli oyun göstərərək, gələcək üçün ümid verməyə çalışacağıq”.

Xatırladaq ki, A millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Fransa, 13-də isə Ukrayna yığması ilə səfərdə qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC