Park Cinema-da Azərbaycan Media Liqasının futbol üzrə 3-cü mövsümünə həsr olunmuş rəsmi mətbuat konfransı keçirilib.
Presssport.az xəbər verir ki, tədbir çərçivəsində komandaların püşkatması da baş tutub. Konfransda layihənin təşkilatçıları, AFFA və AMF nümayəndələri, sponsorlar, tərəfdaşlar, jurnalistlər və komandaların təmsilçiləri iştirak edib
Media Liqasının 3-cü mövsümü oktyabrın 4-də “Bayıl Arena” stadionunda start götürəcək. Oyunlar hər şənbə və bazar günləri keçiriləcək. Turnirdə 6 komanda iştirak edəcək. Komandalar məşhur bloqerlərdən, müğənnilərdən, aktyorlardan, tanınmış idmançılardan, jurnalistlərdən, influensərlərdən formalaşdırılıb.
Layihənin həmtəsisçilərindən biri Nuqzar Kvirtiya isə konfransda bunu deyib: "Azarkeşləri həyəcanlı oyunlar, parlaq şou elementləri və idmanla medianı birləşdirən unikal format gözləyir. Azərbaycan üçün yeni bir format yaradırıq və layihə artıq 3-cü mövsümünə qədəm qoyur. Komandaların sayı artdı, bu isə daha çox oyun və daha çox emosiyalar deməkdi. Məqsədimiz gəncləri ruhlandırmaq, tamaşaçılara yadda qalan şou bəxş etmək və yeni ənənələrin təməlini qoymaqdı".
Layihənin digər həmtəsisçisi Ziya Əliyev də yeni mövsümlə bağlı gözləntilərini açıqlayıb: "Azərbaycan Media Liqası təkcə futbol deyil. Bu, medianı, incəsənəti və idmanı bir araya gətirən böyük platformadı. Bizim üçün əsas məqsəd, gənclərin futbola və sağlam həyata marağını artırmaq, eyni zamanda ölkəmizdə yeni əyləncə ənənələri formalaşdırmaqdı. Bu layihə gənclər üçün nümunə olacaq və onları meydanda da, həyatda da özlərini göstərməyə ruhlandıracaq".
Layihə AFFA-nın, həmçinin baş sponsorların və tərəfdaşların dəstəyi ilə həyata keçirilir. İlk oyunlar artıq qarşıdakı həftəsonu baş tutacaq. Tamaşaçılar ölkədə idman-media hadisələrinin yeni mərhələsinin şahidi olacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC