MDB Oyunları: 4 boksçumuz ən azı bürünc medalı təmin edib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında 2-ci günün döyüşləri başa çatıb.

Pressssport.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirin 1/4 final mərhələsində millimizin daha 4 idmançısı qələbə qazanıb.

Gülər Hüseynova (48 kq) Bibisoro Racabovanı (Tacikistan) məğlub edib – 4:1 (26:30, 26:30, 26:30, 27:30, 29:28). O, yarımfinalda Şahnozabonu İmomaliyeva (Özbəkistan) ilə üz-üzə gələcək.

Qardaş Rəhimov (46 kq) Mikita Beskaravaynidən (Belarus) güclü olub. Boksçumuz rəqibinə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, finala gedən yolda Damir Nazarovla (Tacikistan) münasibətinə aydınlıq gətirəcək.

Eyni çəkidə Əli Ruşanov da adını yarımfinala yazdırıb. Milli üzvü Anqsar Ussenxanu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 29:28, 27:30, 29:28, 30:27). Ruşanov növbəti qarşılaşmasında Utkırbek Norkosimovu (Özbəkistan) sınağa çəkəcək.

Ayxan Həsənov (50 kq) isə Dayanç Orayevdən (Türkmənistan) üstün olub. Boksçumuz 4:1 (27:30, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Behruz Umarovla (Tacikistan) döyüşəcək.

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı da təmin edib.  

Onu da bildirək ki, MDB Oyunlarında qızların yarımfinal görüşləri oktyabrın 2-də, oğlanlarda ertəsi gün olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC