I Liqa klubundan daha bir tərəfdaşlıq müqaviləsi

Bu gün Futbolun İnkişaf Fondu - FİF vasitəçiliyi ilə “Şahdağ Qusar” futbol klubunun növbəti tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, “İsmikhanlı” şirkəti ilə əldə olunan razılaşma çərçivəsində tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev və şirkətin direktoru Nəcəf Cəfərli imzalayıb. 

Anlaşmaya əsasən, “İsmikhanlı” MMC-nin “FrutRis” brendinin loqosu klubun oyun köynəyinin çiyin hissəsində yerləşdiriləcək və şirkətə digər reklam hüquqları veriləcək.

Onu da bildirək ki, “İsmikhanlı” MMC 2009-cu ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət tumlu və çəyirdəkli meyvələrin istehsalı və satışı, kalibrləşmə və soyuducu anbarlarda saxlanc xidmətləri ilə məşğuldu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC