Qarabağ atları Çempionlar Liqasının oyununda!

Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” oyunu öncəsi azarkeşləri xüsusi sürpriz gözləyir. 

Presssport.az xəbər verir ki, bu haqda Ağdam klubunun yaydığı açıqlamada bildirilib.

Matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuraraq tribunadakı azarkeşlərə unudulmaz anlar yaşadacaq. Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır. 

Dövrə stadionun atletika zolağında saat 19:35-də start götürəcək və azarkeşlər üçün əsl motivasiya mənbəyinə çevriləcək.

Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" oyunu yerli vaxtla saat 20:45-də başlanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC