“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda daha bir yenilik edib.
Presssport.az xəbər verir ki, VİP biletə sahib azarkeşlər bundan sonra 14 və 15-ci sektorlarda yox, qarşı tribunada - iri həcmli monitor olan sektorlarda yer alacaq.
Belədə media sektorun yeri nisbətən dəyişdirilib. Həmin sektorlarda oturacaqlar artıq qırmızı örtüklərlə qapadılıb, VİP azarkeşlər üçün stadionun ərazisində restoranın inşasına başlanıb. Buna səbəb əvvəlki VİP-lojanın UEFA-nın ixtiyarına verilməsidi. Maraq üçün bildirək ki, VİP biletlər 200-500 manat aralığında dəyişir.
Xatırladaq ki, Ağdam klubu Avropa təcrübəsindən yararlanaraq sektorlara işğaldan azad olunan rayonların adını verib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC