AFFA prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Qəbələdə keçirilən III MDB Oyunlarında Qırğızıstan yığması üzərində 4:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Presssport.az xəbər verir ki, qurum rəhbəri bu uğurla bağlı paylaşım edib:
“Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən III MDB Oyunlarında ikinci qarşılaşmasına çıxıb. Komandamız Qırğızıstan millisi üzərində 4:0 hesablı qələbə qazanaraq, turnirin finalına vəsiqə əldə edib. Bu möhtəşəm qalibiyyət münasibətilə futbolçularımızı və məşqçi heyətini təbrik edir, final görüşündə komandamıza uğurlar arzulayıram”.
Xatırladaq ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək final oyununda Azərbaycan və Rusiyanın U-16 milliləri qarşılaşacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC