"Qarabağ" və "Kopenhagen" rəhbərləri arasında görüş keçirilib

Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri arasında görüş keçirilib.

Presssport.az xəbər verir ki, bu gün baş tutan görüşdə “Qarabağ”ı prezident Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Əmrah Çəlikəl və Asif Əsgərov, həmçinin Əməliyyatlar üzrə departament rəhbəri Fərid Ağayev təmsil edib.

“Kopenhagen”in prezidenti Lars Seier, Stadion və obyektlər üzrə direktor Brian Mansson, klub əlaqələri üzrə rəhbər Daniell Askholm və UEFA üzrə əsas əlaqələndirici şəxs Daniel Mofid, görüşün UEFA nümayəndəsi serbiyalı Yovan Surbatoviç də tədbirə qatılıb.

Görüşdə təşkilati məsələlər, qarşılıqlı əməkdaşlıq imkanları və iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər 2 komandaya turnirdə uğurlar arzulayıb.

Sonda oyunla bağlı xatirə hədiyyələri də qarşılıqlı olaraq təqdim olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC