Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” - “Kopenhagen” (2:0) matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Presssport.az xəbər verir ki, UEFA-nın texniki qrupunun rəyi əsasında aparılan seçimə görə matçın ən yaxşı oyunçusu Elvin Cəfərquliyev seçilib.
Millimizin də üzvü olan 24 yaşlı sol cinah müdafiəçisinə UEFA tərəfindən xüsusi mükafat verilib. Bununla da Elvin buna layiq görülən ilk azərbaycanlı futbolçu kimi adını tarixə yazdırır.
Xatırladaq ki, “Qarabağ”ın ilk turda Lissabonda “Benfika” üzərində 3:2 hesablı əzmkar qələbə qazandığı matçda braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo UEFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilmişdi.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC