Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ"ı Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gəlməyi münasibətilə təbrik edib.
Sportal.az xəbər verir ki, dövlət başçısının rəsmi “Facebook” səhifəsində yayımlanan təbrikdə bildirilib: “Danimarka çempionu “Kopenhagen”futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC