Minifutbol üzrə Azərbaycan çempionatının 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların rəsmiləri iştirak edib.

İlk olaraq bu il Bakıda keçirilmiş dünya çempionatı haqqında danışılıb. Azərbaycan millisinin turnirdə qızıl medal qazanmasının yaddaqalan uğur olduğu vurğulanıb.

Nəsibov yeni mövsümdə çıxış edəcək komandalara uğurlar arzulayıb. O, son illərdə Azərbaycanda minifutbolun inkişaf etdiyini söyləyərək, son olaraq ölkə çempionatında 16 komandanın çıxış edəcəyini sözlərinə əlavə edib.

Bakıdakı dünya çempionatına həsr edilmiş videoçarx göstərilib, daha sonra Azərbaycan çempionatının reqlamenti haqqında məlumat verilib və 2025/2026 mövsümünün püşkü atılıb.

Azərbaycan çempionatının I turunda üz-üzə gələcək komandalar:

"Sumqayıt" - "Buxar"

"Bakı 145" - "DİN İdman Cəmiyyəti"

"Lənkəran" - "Atəşgah Suraxanı"

"Start Bakı" - "Aznur"

"Siyəzən" - "Gənclərbirliyi"

"Borçalı" - "Lerik"

"Cənub" - "Galaxy"

"Birbaşa Bakı" - "Zirə"

Göründüyü ki, son finalçılar - çempion “Birbaşa Bakı”yla gümüş medalçı “Zirə” bu dəfə artıq startda görüşəcək. 

Onu da bildirək ki, Azərbaycan çempionatına oktyabrın 21-də start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC