"Ölkə çempionatı zəif olsa, inkişafdan danışa bilmərik" - AMF-in icraçı vitse-prezidenti

"2022-ci ildə millimiz Avropa çempionu olandan sonra ölkədə minifutbola diqqət daha da artırıldı. Ölkə çempionatı zəif olsa, inkişafdan danışa bilmərik. Yeni klubların, futbolçuların çempionata cəlb olunmasını istəyirik. İddialı kollektivlər çoxdu. Gələcəkdə yenə hansısa komandamızın Çempionlar Liqasının qalibi olacağına inanırıq. 2025-ci ildə Azərbaycan dünya çempionatına ev sahibliyi etdi. Bu yarışda böyük uğur qazandıq və mundialın qalibi olduq".

Bu fikirləri Presssport.az-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov deyib.

O, yeni mövsümdə ölkə çempionatında komanda sayının artmasının əhəmiyyətindən danışıb: “Püşkatmadan məlum olduğu kimi, yeni mövsümdə 16 komanda iştirak edəcək. Onlardan 7-si yeni qatılanlardı. Həmçinin dövlət qurumlarından olan Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti yarışa daxil olub. Əlbəttə, hər bir yeni gələn komanda millimizin inkişafı üçün yeni oyunçuların cəlb olunması və yoxlanışı baxımından bizə vacibdi. Təbii ki, yarışın peşəkar keçirilməsi, yüksək səviyyədə təşkilatçılığı milli komandamızın daha yaxşı performans göstərməsinə zəmindi. Biz də federaisya olaraq öz tərəfimizdən bunun üzərində daim çalışırıq. Yeni komandaların gəlişinin, yeni futbolçuların, xüsusilə gənc oyunçuların cəlb olunmasının hər zamanı tərəfdarı oluruq. Bunun üçün əlimizdən gələn hər bir şərait yaradırıq ki, gənc oyunçular məhz minifutbola marağını artırsın”. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC