Taleh Nəsibov ÇL-də zəif çıxış etdiyimizi düşünmür: "Titullarımızın sayını artırmaq niyyətindəyik"

Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov klublarımızın Çempionlar Liqasında (ÇL) zəif çıxış etdiklərini düşünmür.

O, bu haqda Presssport.az-a çıqlamasında deyib.

Nəsibov "Aznur", "Birbaşa Bakı" və “Zirə” klublarının turnirdəki oyunlarını izlədiyini söyləyib: "Daha çox gözləntilərimiz "Birbaşa Bakı" və “Zirə”dən idi. "Aznur" da özünü yaxşı tərəfdən göstərmişdi. Böyük ümidlər var idi. Burda dünya çempionu olan millimizin üzvləri var idi. Zəif çıxış etdiklərini düşünmürəm. Sadəcə, bəxtsizlik oldu. Penaltilər seriyası həlledici rol oynadı. Düşünürəm ki, qarşıdakı illərdə komandalarımızdan biri Çempionlar Liqasının qalibi ola bilər".

AMF rəsmisi Bakıdakı dünya çempionatının da klubların çıxışına təsirini istisna etməyib:

"Tam olaraq bunun üzərində dayanmırıq. Komandalarımız yaxşı çıxış etdi, favoritlər siyahısında idilər".

O, qarşıdakı Avropa çempionatındakı hədəflərdən söz açıb: “Psixoloji hazırlıq çox önəmlidir. Məşqçilər bunun üzərində çalışmalıdırlar. Rahat olmalı deyilik. Dünya çempionu olmuşuqsa, bununla kifayətlənməməliyik. Titullarımızın sayını artırmaq niyyətindəyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC