III MDB Oyunları: Azərbaycan daha bir qızıl medal qazandı

Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, üzgüçülük yarışında Süleyman İsmayılzadə bütün rəqiblərini qabaqlayıb.

O, sərbəst üsulla 400 metr məsadədə üzmədə qızıl medala yiyələnib.

Rusiya təmsilçilərindən Aleksandr Filipets gümüş, Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.

Onu da bildirək ki, hazırda 2-ci pillədə olan Azərbaycanın aktivində 8 qızıl, 21 gümüş, 31 bürünc medal var. Siyahıya Rusiya (59 qızıl, 17 gümüş, 12 bürünc medal) başçılıq edir.

Xatırladaq ki, Azərbaycanda keçirilən, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC