Tahir Gözəl: "Bu, bir möcüzədi, "Liverpul"dan öndəyik, həqiqətən də tarixi andı"

“Bu möhtəşəm qələbəni əziz xalqımıza, şəhidlərimizə və qazilərimizə həsr edirəm. Bu, əsl zəfərdi”.

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri komandasının Çempionlar Liqasının turnir cədvəlində "Liverpul"u qabaqlamasını xüsusi vurğulayıb: “Artıq inanıram ki, bugündən etibarən bütün dünya “Qarabağ”dan danışacaq. Bu oyun bir daha sübut etdi ki, “Benfika” üzərindəki qələbə təsadüfi deyildi. “Qarabağ” öz oyun üslubu ilə Avropa klubları arasında seçilən komanda olduğunu göstərdi və artıq özünü sübut edib. İnşallah, bundan sonrakı görüşlərdə də “Qarabağ” Azərbaycanın adını zirvələrə ucaldacaq. Prezident kimi gözləntim odur ki, futbolçular hər oyuna canlarını qoyaraq çıxsın. Əlimizdən gələni edək və adımızı ən yüksək zirvələrə qaldıraq. Bu, bir möcüzədi. Hazırda turnir cədvəlində 4-cü yerdəyik və “Liverpul”dan öndəyik. Bu, həqiqətən tarixi bir andı. Hesab edirəm ki, 1qələbə və 1 heç-heçə də olsa, “Qarabağ” ilk “24-lüy”ə daxil olub, bəlkə də növbəti mərhələyə yüksələ bilər”. 

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC