Zubir Mbappe, Salah, Qrizmann, Keyn və Martineslə eyni oldu

“Qarabağ”ın kapitanı Abdullah Zubir 5 məşhur futbolçunun avrokuboklardakı nailiyyətini təkrarlayıb.

Presssport.az xəbər verir ki, 34 yaşlı fransalı yarımmüdafiəçi buna Danimarkanın "Kopenhagen" klubuna qalib gəldikləriÇempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub.

Belə ki, Zubir son 8 mövsümdə avrokubokların əsas mərhələsində qol vuran 6 oyunçudan biridi.

İspaniyanın "Real" klubunda çıxış edən Kilian Mbappe, Almaniya təmsilçisi "Bavariya"nın üzvü Harri Keyn, İngiltərənin "Liverpul" kollektivindən Məhəmməd Salah, İtaliya "İnter"indən Lautaro Martines və İspaniyanın "Atletiko" klubundan Antuan Qrizmann da bunu bacarıb. Onların hamısı Zubirdən fərlqi hücumçudu.

Xatırladaq  ki, "Qarabağ" ötən gün "Kopenhagen"i Tofiq Bəhramov adına Respublika stadionunda 2 cavabsız qolla üstələyib. Abdullah ilk hissədə hesabı açıb. O, Ağdam klubunda 2018-ci ildən forma geyinir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC